III Dünya müharibəsi bu vaxta kimi başlaya bilər – Tramp

III Dünya müharibəsi bu vaxta kimi başlaya bilər – Tramp

III Dünya müharibəsi Co Baydenin prezidentlik müddəti bitməmiş başlaya bilər.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.

“Bilirsiniz, doqquz ay çox uzun müddətdir. III Dünya müharibəsinə girmək şansımız çox yüksəkdir. Çünki işini düzgün görməyən biri var. Ona heç kim hörmət etmir, bütün dünya ona gülür”, – Tramp söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişəni 24 saata bitirəcəyini bildirmişdi.

Teqlər: