Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur – Rauf Əliyev

Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer
tutur. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı
daim öz tarixi kökləri, millli-mənəvi dəyərləri ilə fəxr
etmişdir.Qədim tarixə malik olan Novruz bayramı xalqımız tərəfindən
hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi böyük təntənə ilə
qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbrikində
daim bu məqam qeyd edilir ki, milli varlıq və məniviyyat xəzinəsi
olan Novruz bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə
misilsiz yadigarıdır. 30 ilə yaxın bir müddətdə işğal altında olan
torpaqlarımız Novruza həsrət qalmışdı.

Torpaqlarımızın işğaldan azad olunacağına tam əmin olan
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev nələ 1998-ci
ildə çıxışlarının birində qeyd etmişdi: Gün o gün
olacaq ki, Novruz bayramını bir dəfə Şuşada,o biri il Laçında,o
biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna
inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla
da Azərbaycan xalqına rəhbərlik edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, ordumuzun gücü,qəhrəmanlığı, xalqımızın
birliyi,həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və
Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın
rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən
Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı
işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını
qeyd edirik.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb
ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası
çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli
(Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə,
Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Reprezentativ siyahısına salınıb. Novruz təkcə onu keçirən türk
xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab
edilir.İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı
Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu
ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın
21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Hər il Novruz bayramı
günlərində bütün ölkə ərazisində xalqı birləşdirən bayram
şənlikləri keçirilir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin,
xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada
kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda
kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı,
keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl
qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir.
Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında
keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni
bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı
simvolizə edən məşəli yandırır.

Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd
olunması Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün
sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən
geniş miqyaslı tikinti-quruculuq və bərpa işləri imkan verəcək ki,
işğal dövründə ata-baba yurdlarını tərk etmiş soydaşlarımız
tezliklə öz doğma yurdlarına qayıdacaq və Novruz Bayramını öz doğma
yurdalarında qeyd edəcəklər.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: