Xəbər - Sədrəddinn Ağcayev – Trend:
2022-ci il və növbəti dörd il Azərbaycan iqtisadiyyatının
strateji inkişafının yeni mərhələsi olacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları:
rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda
keçirilən vergi forumunda deyib.
Onun sözlərinə görə, bu müddət ərzində rəqabətqabiliyyətliliyi,
innovativ yönümlülüyü və milli iqtisadiyyatın maliyyə
dayanıqlılığını gücləndirmək planlaşdırılır.
“2026-cı ilədək dayanıqlı iqtisadi artım drayverlərinin
fəallaşdırılması, azad edilmiş ərazilərin Azərbaycan
iqtisadiyyatına reinteqrasiyası nəzərdə tutulur. 2022-2026-cı illər
üzrə yeni sosial-iqtisadi inkişaf strategiyası iqtisadiyyatın bütün
sektorlarında dövlət-özəl tərəfdaşlığının genişlənməsinə yönəlib”,
– deyə nazir bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)