Novak Rəşt-Astara dəmir yolunun inşasından danışdı

Novak Rəşt-Astara dəmir yolunun inşasından danışdı

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkibi olan Rəşt-Astara dəmir yolunun İrandakı hissəsinin tikintisi bir neçə il çəkəcək.

Bunu AzerTimes-a açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Qısa müddətdə keçid məntəqələri, eləcə də gömrük rəsmiləşdirilməsi ilə bağlı digər investisiya layihələri həyata keçiriləcək. Biz kifayət qədər iddialı planlar qurmuşuq. Bu bizə həm iqtisadi artım, həm də sosial-iqtisadi inkişaf üçün əlavə imkanlar verəcək”, – Novak bildirib.

Qeyd edək ki, bu gün Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Sənədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imza atıb.

Teqlər: