Norveç Qış Olimpiya Oyunlarında yeni rekord vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

Pekində davam edən Qış Olimpiya Oyunlarında Norveç komandası
yeni rekord vurub.

Trend-in
məlumatına görə, bu gün kişilər arasında biatlon yarışlarında bu
ölkənin idmançısı Yohannes Tinqnes Bö qızıl medal qazanıb.

Beləliklə, Norveçin bu Olimpiya oyunlarında qazandığı qızıl
medalların sayı 15-ə çatıb.

Bundan əvvəlki rekord Norveç və Kanadaya (14 qızıl medal) məxsus
idi.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 20-dək davam
edəcək.

Teqlər: