Dünyanın ən böyük fondu hesab olunan Norveçin Neft Fondunun
2022-ci il birinci rübündə itkiləri 74 milyar dollara yaxın
olub.
Trend-in
məlumatına görə, bu barədə təşkilatın maliyyə hesabatında
deyilir.
Qeyd olunur ki, itkilər mövcud “qəliz geosiyasi vəziyyət”lə
əlaqədardır. Hesabata əsasən, bu ilin birinci rübündə Neft Fondunun
gəlirliliyi mənfi 4,9 faiz təşkil edib ki, bu da 653 milyard kron
məbləğində (74 milyard dollar) itkilərə bərabərdir.
Qeyd edək ki, həm də Dövlət Pensiya Fondu kimi tanınan Norveç
Neft Fondunun maliyyə aktivlərinin həcmi 1,5 trilyon dollara
yaxındır.