Norveç 15 rus diplomatı arzuolunmaz şəxs elan etdi

Norveç 15 rus diplomatı arzuolunmaz şəxs elan etdi

Norveçin hakimiyyət orqanları Rusiya səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, səfirliyin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveç ərazisini mümkün qədər tez tərk etmələri tələb olunub.

XİN-dən onu da bildiriblər ki, Norveç hakimiyyəti Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.

Teqlər: