“NORM” ASC-nin rəhbər heyəti “Heydər” zirvəsinə yürüş təşkil edib (FOTO)

“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ
Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər” zirvəsi istiqamətində yürüş təşkil etmişdir.

Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən
müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik
qaydaları çərçivəsində həyata keçirilib.

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə
baxmayaraq, “Norm” əməkdaşları “Heydər” zirvəsinə qalxmağı bacarmış
və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını
dalğalandıraraq müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini
ehtiramla yad etmişlər.

Teqlər: