“Norm” ASC əməkdaşları mətbuat nümayəndələri ilə iftar süfrəsində görüşüb (FOTO)

“Norm” ASC 18 aprel tarixində, ənənəvi qaydada şəhərimizin
zövqlü məkanlarının birində mətbuat nümayəndələri üçün iftar
ziyafəti təşkil edib. Məclisdə bir çox yerli mətbuat orqanlarının
rəhbər və işçi heyəti iştirak edib.

Birlik və bərabərliyin rəmzi olan müqəddəs Ramazan ayında bir
süfrə ətrafında toplaşan qələm əhli eyni zamanda gündəmdə olan
məsələlərlə bağlı qarşılıqlı müzakirələr edib, fikir mübadiləsi
aparıblar. Şirkət nümayəndələri ilə məclis iştirakçıları gələcək
əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Tədbir qonaqlar tərəfindən “Norm” şirkətinə qarşı olan və yüksək
mənəvi dəyər prinsipinə əsaslanan münasibətlərin daim dəstəklənməsi
və inkişafı baxımından yüksək qiymətləndirilib.

Teqlər: