“Nora” qasırğası Meksikanın Xalisko ştatına çatıb

Beş təhlükə səviyyəsindən birinə aid edilən “Nora” qasırğası Meksikanın Xalisko ştatına çatıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Hazırda siklon Puerto Vallarta şəhərindən 15 km cənub-qərbdə yerləşir. Küləyin sürəti 36 m/s-dir.

Qeyd edək ki, bir gün əvvəl qasırğanın yaxınlaşması ilə əlaqədar Meksika hökuməti əhalini təhlükəsizlik tədbirlərinə riayət etməyə və rəsmi bildirişlərə əməl etməyə çağırıb.

Teqlər: