Nobel mükafatlarının təqdimetmə mərasimində dəyişiklik edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirus pandemiyasının davam etməsi ilə əlaqədar 2021-ci il Nobel mükafatlarının təqdimetmə mərasimində dəyişiklik edilib.

Trend-in məlumatına görə, Nobel Fondunun yeni qərarına əsasən, mükafatlar bu ilin dekabrında laureatların öz ölkələrində təqdim olunacaq.

Qeyd edək ki, mükafatlar hər il dekabrın 10-da İsveçin Stokholmda təqdim olunurdu.


Bu il Nobel mükafatlarının laureatları oktyabrın 4-dən 11-dək açıqlanacaq.