Nkol mövqeyini itirir, Simonyan hakimiyyətə can atır

Nkol mövqeyini itirir, Simonyan hakimiyyətə can atır

Son günlər baş verənlər göstərdi ki, hakimiyyət daxilində, ruslar demişkən, “gəmidə üsyan” var. Düşünürəm ki, baş verənlər sırf daxili siyasi məsələdir və dünya oyunçularının bununla heç bir əlaqəsi yoxdur. Bu, gözlənilən proses idi və hökumət daxilində aşkar böhran görürük.Bir ildir bu haqda danışıram ki, Ermənistanda hakimiyyət dəyişikliyi küçədə deyil, hakim elita daxilində baş verə bilər.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

“İndiki erməni reallıqları, yəni Feysbukda qardaşına dəstək olaraq şəkil yerləşdirən Alen Simonyanın demarşı göstərir ki, bu, nə demokratik, nə də avtoritar ölkədir, bura, sadəcə olaraq “bardaqdır”. Əslində, Simonyan bu əməli ilə Nikolu pis vəziyyətə salır. O, bu gücü və siyasi resursu “köhnələr”dən alır, çünki çox güman ki, özünü müəyyən mənada “köhnələr”lə körpü hesab edir. Ya da körpülərdən biri. Ermənistanın parlament ölkəsi olması baxımından Simonyan amili vacibdir. Çünki Paşinyan icra hakimiyyətinin, Simonyan isə qanunvericilik orqanın rəhbəridir. Belə hallarda biz əslində icra və qanunvericilik orqanlarının rəhbərləri arasında dərin böhranla üzləşirik. Bizim kimi parlamentli ölkələrdə bu böhranlar həll olunmasa, bütün sistemi çökdürə bilər. Burada bircə məntiqi həll var, kimsə istefa verməlidir və bu baş verməsə, yəni vəziyyət belə qalsa, o zaman hakimiyyətdəki bu “çatlar” daha da dərinləşəcək. Belə çıxa bilər ki, hakimiyyət daxilində insanlar Simonyanın simasında başqa bir mərkəzin olduğunu görüb Paşinyana qarşı çıxa bilərlər. Bu sadəcə aksiomdur. İndiyədək səssiz qalan və hakimiyyəti daxilində paralel mərkəzlərin yaradılması prosesini həll edə bilməyən Paşinyan faktiki olaraq öz mövqeyindən əl çəkir. Məsələ burasındadır ki, Ermənistanda 30 ildə siyasi meydan formalaşmayıb, amma dəstələr yaradılıb – əvvəllər dəstələr olub, indi də dəstələr var. Buna görə də qanqster qanunlarına əməl edirlər”, – o bildirib.

Teqlər: