İrəvandakı partlayış: 34 ev dağıldı

İrəvandakı partlayış: 34 ev dağıldı

İrəvanın Nor Areş məhəlləsində baş verən partlayış nəticəsində 34 evə ziyan dəyib. Evlərin 3-ü tamamilə, 3-ü qismən dağılıb, qalanlarının pəncərə və qapıları sınıb.

AzerTimes xəbər verir ki, bu barədə İrəvan meriyası məlumat yayıb.

Meriya qeyd edib ki, partlayış nəticəsində evlərini itirənlər dünən yaxınlarının və dostlarının yanına sığınıb.

Xatırladaq ki, ötən gün Nor Areş küçəsində partlayış baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdı.

Teqlər: