Nizami rayonunda narkotacirlərə qarşı əməliyyatlar keçirilib

Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan
şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nizami
Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar
zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər
saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və
psixotrop maddə aşkar edilib. Saxlanılan şəxslər birbaşa olaraq
Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin
satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq
Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində
məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar
davam etdirilir.

Teqlər: