“Nizami Gəncəvi Beynəlxalq Mükafatı” Vendi Fişerə təqdim edilib (FOTO)

2012 -ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin təbliğ olunması məqsədi ilə, bu dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunmaq üçün “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” təsis edilib.

Ənənəvi olaraq hər il təqdim olunan beynəlxalq mükafatçılar sırasında Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva, ABŞ-nın sabiq Dövlət Katibi Henri Kissincer, İordaniya Krali Abdullah II, Misir Ərəb Respublikasının Prezidenti Abdulfattah Əl-Sisi, YUNESKO-nun Xoşməramlı Səfiri Marianna V. Vardinoyannis, BMT-nın sabiq Baş Katibi Boutros Boutros-Ghali, Nobel Sülh Mükafatçısı Kailash Satyarthi kimi şəxsiyyətlər var.


Mərkəzin 20-ci Beynəlxalq Mükafatı, Solomon R.Guggenheim Qəyyumlar Şurasının Sədri xanım Vendi Fişerə Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində təşkil olunan xüsusi mərasimdə təqdim edilmişdir. Xanım Vendy Fişer dünyadakı mədəniyyət müəssisələri ilə əməkdaşlıq edən tanınmış bir xeyriyyəçi, A4 İncəsənət Fondunun yaradıcısı, İsrail İncəsənət Muzeylərinin Dostları Britaniya Bürosunun (BFAMI) Prezidenti, Tate Beynəlxalq Şurası, MoMA kimi mədəniyyət mərkəzlərinin idarə heyyətinin üzvüdür.
20-ci Nizami Gəncəvi Beynəlxalq Mükafatının təqdim olunmasına həsr olunmuş tədbirdə Albaniyanın Baş Naziri cənab Edi Rama, Robert F. Kennedy İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerry Kennedy, BMT-nın Sivilizasiyalar Alyansının Ali nümayəndəsi cənab Miguel Moratinos, İsrailin sabiq xarici İşlər Naziri xanım Tzipi Livni və Mərkəzin Həm-sədrləri xanım Vaira Vike-Freiberga və cənab İsmayıl Seragəldin çıxış etmişdilər.

Teqlər: