Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir – “Yeni Klinika”

Xəbər - Samir Əli – Trend:

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

“Yeni Klinika”dan AzerTimes-a verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir. Vəziyyətində dəyişiklik yoxdur.


Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.
Teqlər: