Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli toplantısının Türkiyədə keçirilməsi planlaşdırılır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli toplantısının Türkiyədə keçirilməsi planlaşdırılır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzerTimes-a verilən məlumata görə, VIII Qlobal Bakı Forumu və Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Türkiyəyə səfər çərçivəsində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyinin əməkdaşları Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri Hikmət Çətin, Cəmil Çiçək, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu, sabiq xarici işlər naziri Yaşar Yakışla bir sıra görüşlər keçiriblər:

“Görüş zamanı COVID-19 dövründə Mərkəzin apardığı beynəlxalq fəaliyyət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə keçirilən veb-konfranslar, 44 günluk Qarabağ müharibəsi zamanı Mərkəzin təşkil etdiyi xüsusi müzakirələr və COVID-19-a bağlı yayılan beynəlxalq bəyanatların əhəmiyyəti müzakirə olunub.

Bununla yanaşı Mərkəzin növbəti Ali Səviyyəli toplantısının Türkiyədə keçirilməsi müzakirə olunub”.

Teqlər: