Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları Albaniyada səfərdədirlər (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlarının Şərqi Avropa
ölkələrinə təşkil olunan səfərləri çərcivəsində Albaniya
Respublikasındadılar.

AzerTimes-ın məlumatına görə,
Mərkəzin əməkdaşları Albaniya Respublikasının paytaxtı Tiranada
ölkə Prezidenti İlır Meta tərəfindən qəbul olunublar. Görüş zamanı
Mərkəzin Qərbi Balkanlarda reallaşdırdığı layihələr, Şərqi
Avropanın qarşılaşdığı Ukrayna müharibəsi və məcburi köçkünlər
krizisi müzakirə olunmuş, və Prezidentə IX Qlobal Bakı Forumuna
dəvət təqdim olunmuşdur. Görüşün sonunda Prezidentə NGBM-in
Prezident İlir Metaya Nizami Gəncəvinin seçilmiş əlyazmalarından
ibarət xüsusi nəşr olunan Qələmin Sehri kitabı təqdim olunub.

Daha sonra, Baş Nazir Edi Rama ilə görüşərək NGBM-in üzvlərinin
Əfqanıstan müharibəsi zamanı ölkəsini tərk edən əfqan məcburi
köçkünlərinin Albaniyada sığınacaqla təmin etməsinə göstərdiyi
dəstəyə görə Baş nazirə üzvlərin təşəkkürü çatdırılmış, cari ildə
reallaşacaq layihələr və IX Qlobal Bakı Forumu müzakirə olunmuşdur.
Baş Nazire Mərkəzin həm sədri xanım Vaira Vike-Freyberqanın Nizami
Gəncəvinin Yeddo Gözəli və ədəbiyyatdan digər esselər kitabı təqdim
olunub.

Teqlər: