Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Srebrenitsa və 31 Mart Soyqırımı ilə bağlı konfrans keçirəcək

Srebrenitsa Memorial mərkəzi, Sarayeva Müştərək Cəmiyyətlər və
Dəyərlər fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi martın 31-də
hibrid formatda “yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı
soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans
təşkil edəcəkdir.

Bu tədbir iki tarixi hadisəni birləşdirir 2003-cü il bu tarixdə
soyqırım qurbanlarının ilk dəfn mərasimi keçirilmişdir, o cümlədən
Azərbaycanda 1918-ci il mart soyqırımı qeyd olunur. Erməni
qüvvələri bolşeviklərlə birgə 50 minə yaxın azərbaycanlının
həyatına son qoyub.

Konfrans anım institutlarının təşkili və yaradılması, fəallıq,
şəxsi əşyaların və sənədlərin mühafizəsi və toplanması, bu
istiqamətdə çalışan beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmaq,
soyqırımının inkarı və insanlıq əleyhinə cinayətlərin inkarına
qarşı prosesin qurulması kimi əhəmiyyətli mevzuları müzakirə
edəcəkdir. Qərar qəbul edənlər cinayətləri və cinayətkarları
pisləyən qanun layihələri, bəyannamələr və ya qətnamələr
hazırladıqları zaman mühüm element də milli və beynəlxalq liderlər
arasında sinerjinin yaradılmasıdır.
Ukraynanın hazırkı işğalı da konfransın diqqət mərkəzindədir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi nüfuzlu sabiq
liderlər bütün sülh təşəbbüsləri üçün vacibdir, istər anım olsun,
istər ədalətin təbliğu olsun. Soyqırımda və bəşəriyyətə qarşı
cinayətlərdə həlak olanların xatirəsinin yad edilməsinin gələcək
fəlakətlərin qarşısını alacağı ümidi ilə zorakılığın yolverilməz
olduğunu və qurbanları heç vaxt unudulmaması istiqamətində
fəaliyyət planı hazırlanacaq.

Yekaterina Yuşşenko, Ukraynanın sabiq birinci xanımı; Zlatko
Laqumdziya, Bosniya və Herseqovinanın sabiq Baş naziri; Eka
Tkeşelaşvil, Gürcüstan Baş nazirinin sabiq müavini; Yadranka Kosor,
Xorvatiyanın sabiq baş naziri; Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
baş katibi Rövşən Muradov çıxış edənlər arasında olacaqlar.

Teqlər: