Niyə Rusiya hələ də müharibə apara bilir?

Niyə Rusiya hələ də müharibə apara bilir?

Rusiyanın radiasiya və enerji terroru həyata keçirməməsinə və aclıq yaratmasının qarşısını almağa imkan verən kifayət qədər təzyiq yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Nə üçün dünyanın ən böyük terror mənbəyi – Rusiya hələ də bu müharibəni aparmağa qadirdir? Və niyə o, bu qədər qəddar və kinli şəkildə müharibə apara bilir? Yalnız bir səbəb var – Rusiyaya kifayət qədər təzyiq yoxdur. Bu dövlətin terroruna kifayət qədər cavab verilmir. Rusiyanın özünə nə icazə verdiyinə baxın. Tarixdə heç bir terrorçu eyni vaxtda bu qədər çox şeyi etməyib. Zaporojye AES-də radiasiya terroru. Yalnız stansiyada rus qoşunlarının olması, yalnız Rusiyanın davamlı təxribatları və stansiya ərazisini atəşə tutması Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin astanasına qoyub”, – Zelenski qeyd edib.

Teqlər: