Niyə kadrlar YAP-dan yox, holdinqlərdən təyin olunur?

Niyə kadrlar YAP-dan yox, holdinqlərdən təyin olunur?

Hazırda siyasi partiyaların kadr potensialı o qədər də güclü deyil. Bizdə çoxpartiyalı sistemdir, ancaq səmimi deyək ki, 26 partiya dövlət qeydiyyatından keçsə də, rəqabət qabiliyyəti yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Reytinq”ə geniş müsahibəsində deyib.

O bildirib ki, dövlətin siyası həyatında nəinki müxalif, heç hakim partiyanın da əhəmiyyətli rolu yoxdur:

“İndi kadrlar Yeni Azərbaycan Partiyasından yox, ayrı-ayrı holdinqlərdən, şirkətlərdən, mərkəzlərdən gətirilir”.

Q.Həsənquliyev partiyaların siyasi həyatda rolunu artırmaq üçün proporsional seçkilərin bərpasının zəruri olduğunu vurğulayıb.

Teqlər: