Nikolun Gürcüstana səfəri qalmaqal yaratdı

Nikolun Gürcüstana səfəri qalmaqal yaratdı

Gürcüstan hökumətinin Prezident Salome Zurabişvili ilə əməkdaşlıqdan imtinası impiçment prosesinin başlanmasına səbəb olan hərəkətlər fonunda məntiqi ardıcıllıqdır.

AzerTimes SOVA-ya istinadla xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının üzvü Mixail Sarcveladze ölkə Prezidenti Salome Zurabişvilinin Ermənistan Baş naziri Nikol Paşinyanın səfəri də daxil olmaqla, Gürcüstan prezidentinə ölkəyə yüksək səviyyəli səfərlər barədə məlumat verilməməsindən təəssüfləndiyini bildirən bəyanatına cavabında deyib.

“Zurabişvili bilir ki, onun bu görüş və səfərlə heç bir əlaqəsi yoxdur. Əslində, uğurlu səfər idi, ictimaiyyət uğurlu əməkdaşlığın nəticələrinin şahidi oldu. Düşünürəm ki, onun bu barədə deyəcək heç nəyi yoxdur…

Ötən müddətdə onun artıq müxalifətdə olduğu məlum oldu. O, ritorikasında, hərəkətlərində, siyasətində müxalifətçidir”, – Sarcveladze bildirib.

Teqlər: