Ermənistan-İran münasibətləri əsrlər boyu (? – red.) kök salıb və bu gün qarşılıqlı etimad və hörmətə əsaslanır.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyanın İranın dini lideri Ayətullah Əli Xameneiyə Novruz bayramı münasibətilə təbrik məktubunda deyilir.
“Ümid edirəm ki, yaxın gələcəkdə ikitərəfli gündəliyi əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik və bu, iki ölkə xalqının rifahı naminə münasibətlərin dərinləşməsi üçün mühüm stimul olacaq”, – məktubda qeyd olunub.
Paşinyan İran Prezidenti Rəisiyə ünvanladığı təbrikdə isə Ermənistan və İran arasında əlaqələrin zəngin tarixi çoxşaxəli əməkdaşlıq üçün möhkəm təməl rolunu oynadığını vurğulayıb:
“Əminəm ki, mövcud qarşılıqlı fəaliyyət kursunun davam etdirilməsi ilə tərəflər müxtəlif sahələrdə birgə işlərə yeni təkan verə biləcəklər”.