AB yeni tərəfdaşlar axtarır – Borell

AB yeni tərəfdaşlar axtarır – Borell

Təhlükəsizlik və müdafiə üzrə ilk “Şuman Forumu”nu təşkil edən AB dünyada artan təhlükələr fonunda beynəlxalq arenada yeni tərəfdaşlar tapmaq istəyir.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

“Müdafiə və təhlükəsizlik sahəsində çağırış və təhdidləri, buna qarşı birgə fəaliyyəti müzakirə etmək üçün Avropa Parlamentinin binasına toplaşmışıq. Biz ən yaxın tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək və yeni tərəfdaşlıqlar yaratmaq niyyətindəyik”, – o bildirib.

Borell qeyd edib ki, Ukrayna böhranı və dünyadakı qeyri-sabitlik beynəlxalq əməkdaşlıq üçün yeni forumlara ehtiyac yaradır:

“AB təhlükəsizlik və müdafiə sahəsində ciddi irəliləyişə nail olur ki, bu da bizi daha etibarlı və cəlbedici tərəfdaşlar edir. Bu gün biz AB-nin tərəfdaşlarına nə təklif edə biləcəyi və bizim tərəfdaşlarımızla birlikdə nə edə biləcəyimizi sizə bildirəcəyik”.

Qeyd edək ki, martın 20-21-də Brüsseldə müdafiə və təhlükəsizlik üzrə “Şuman Forumu”nun ilk müzakirəsi keçirilir.

Teqlər: