Nikol Makrona İrəvana çağırdı: Emosional bağlarımız var

Nikol Makrona İrəvana çağırdı: Emosional bağlarımız var

Hesab edirəm ki, bizi (erməni və fransız xalqını – red.) dərin emosional bağlar birləşdirir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.

Paşinyan Fransa prezidentini Ermənistana dəvət edib:

“Bu il Şarl Aznavurun 100 illiyi qeyd olunur və ümid edirəm ki, sentyabr ayında İrəvanda Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə birlikdə iştirak edəcəyik və cənab Prezident, dəvəti bir daha qeyd etmək istəyirəm. Ermənistana dövlət səfəri ilə səfər edin”.

Teqlər: