Nikol arvadının yaxın qohumunu qubernator təyin edir

Nikol arvadının yaxın qohumunu qubernator təyin edir

Ermənistan Baş naziri Nikol Paşinyan Şirak vilayətinə səfər etmək niyyətindədir və qubernator Muşeq Muradyanı istefaya göndərməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyan bu vəzifəyə Vaaqan Mkrtçyanı – arvadının yaxın qohumunu təyin etmək niyyətindədir.

Qeyd edək ki, Muşeq Muradyan bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilmişdi. Erməni mətbuatı yazır ki, Muradyan dəfələrlə Ermənistan hökumətini sərt tənqid edib.

Teqlər: