Nikaraqua Niderlandla əlaqələri tamamilə kəsdi

Nikaraqua Niderlandla əlaqələri tamamilə kəsdi

Nikaraqua ölkənin daxili işlərinə qarışması ilə əlaqədar Niderlandla diplomatik əlaqələri kəsib.

AzerTimes xəbər verir ki, bu barədə Nikaraqua Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Nikaraqua ailələrini təhqir etməyə davam edən ardıcıl müdaxiləçi və neokolonialist mövqeyi ilə əlaqədar Niderland Krallığı ilə diplomatik əlaqələri dərhal dayandırdığımızı bildiririk”, – bəyanatda deyilir.

Teqlər: