Nikaha daxil olmadan ailə quranların sayı artır – Ombudsman

Xəbər - Elçin Mehdiyev – Trend:

Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan
ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin
sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar
yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi
belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli
səviyyədə müdafiəsinə imkan vermir.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.


Bildirilib ki, qeyd edilənlər diqqətə alınaraq, kənd yerlərində
vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı
vaxtında müraciət etməsi üçün yerli icra hakimiyyəti başçılarının
müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəlikləri,
bələdiyyələr, polis sahə müvəkkilləri, yerli tibb və təhsil
müəssisələri, habelə icmalar səviyyəsində əhali arasında ünvanlı
olaraq maarifləndirmə, məlumatlandırma və izahat işinin
genişləndirilməsi məqsədə müvafiqdir.

Teqlər: