Martın 1-nə gözlənilən hava şəraiti açıqlanıb

Martın 1-də ölkə ərzisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi
əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 7-9° isti, gündüz
10-14° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.


Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa
enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və
səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və
səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5°
şaxta, gündüz 3-8° isti olacaq.

Teqlər: