Nigeriyada yük avtomobili məktəblilərin üzərinə hərəkət edib – 17 ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

Nigeriyanın Laqos şəhərində yük avtomobilinin sürücüsü maşını məktəblilərin üzərinə sürüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 17 məktəbli həlak olub.

Qeyd olunur ki, insident sürücünün polis təqibindən qaçması zamanı baş verib. Şagirdlər arasında xəsarət alanların olduğu da deyilir.


Hadisədən sonra yerli sakilər sürücünü linç etməyə çalışıb. Sürücü polis tərəfindən saxlanılıb, yük maşını isə sakinlər tərəfindən yandırılıb.