Nigeriyada qayıq çevrildi, 76 insan öldü

Nigeriyada qayıq çevrildi, 76 insan öldü

Nigeriyanın Anambra ştatında qayığın batması nəticəsində 76 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Nigeriya hökumətinin məlumatında deyilir.

Bildirilib ki, göyərtəsində 85 insanın olduğu qayıq Oqbaru rayonu yaxınlığında daşqın nəticəsində çevrilib.

Faciəvi olayla bağlı ölkə prezidenti Məhəmməd Buxari ölənlərin yaxınlarına başsağlığı verib.

Teqlər: