Nigeriyada kəndlərə hücum olub, 70-ə yaxın sakin qətlə yetirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər bir gecə ərzində dörd kəndə hücum edərək 68 nəfəri qətlə yetirib.

AzerTimes-ın məlumatına görə, hücum nəticəsində 63 yaşayış evi yandırılıb.

Bundan başqa, 70-ə yaxın kənd təsərrüfatı sahəsi məhv edilib.

Hücumun kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.