Xəbər - Orxan Nəbiyev – Trend:
Nigeriyanın Kaduna ştatında silahlı şəxslər bir gecə ərzində dörd kəndə hücum edərək 68 nəfəri qətlə yetirib.
AzerTimes-ın məlumatına görə, hücum nəticəsində 63 yaşayış evi yandırılıb.
Bundan başqa, 70-ə yaxın kənd təsərrüfatı sahəsi məhv edilib.
Hücumun kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.