Niger Hərbi Şurası Fransanın Niameydəki səfiri Sulvain İttenin 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, sözügedən qərar Fransanın Nigerin mənafeyinə zidd fəaliyyətindən dolayı verilib.
Qeyd edək ki, 26 iyunda Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta Fransa ilə imzalanan 5 hərbi razılaşmanı ləğv etdiyini açıqlamışdı.