Nigarın avtomobilinə hücum edən şəxs danışdı

Nigarın avtomobilinə hücum edən şəxs danışdı

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Nigar Camalın avtomobilinə hücum olub. Daxili İşlər Nazirliyi avtomobilə hücum edən şəxsin müəyyən olunduğunu və artıq saxlanıldığını bildirib.

AzerTimes xəbər verir ki, avtomobilə hücumda şübhəli bilinən şəxs sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

Həmin şəxsi müğənninin ona qarşı nalayiq ifadələr işlətdiyini iddia edib.

Onun sözlərinə görə, Nigar Camal siqnal verəndə ondan bunun səbəbini soruşub:

“Qarşılığında mənə nalayiq ifadələr işlətdi. O ifadələri dilimə gətirə bilmirəm. Baxdım ki, maşınımı videoya çəkir. Soruşdum, niyə çəkirsən maşınımı? Maşını sürüb qaçmaq istədi, mən də əlimi əsəblə güzgüyə atdım. Nəticədə güzgüsü sındı”.

Teqlər: