Nigar Köçərliyə “Cəngavər” ordeni təqdim edildi – Foto

Nigar Köçərliyə “Cəngavər” ordeni təqdim edildi – Foto

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərliyə Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) “Cəngavər” rütbəsi təqdim edilib.

AzerTimes xəbər verir ki, təqdimat ötən gün Fransanın Bakıdakı səfirliyində baş tutub.

Ordeni Nigar Köçərliyə Fransanın ölkəmizdəki səfiri Ann Buayon təqdim edib.

Tədbirdə yaradıcı şəxslər də iştirak ediblər.

Qeyd edək ki, ötən il bu mükafata “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu layiq görülmüşdü.

Teqlər: