“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) “Cəngavər” rütbəsinə layiq görülüb.
AzerTimes xəbər verir ki, bu barədə o, özünün Feysbuk hesabında məlumat yayıb.
“Bu mənim üçün tam gözlənilməz oldu. Həyatımda aldığım ilk mükafatdır. Etimada görə Fransa dövlətinə təşəkkür edirəm”, – o qeyd edib.
N.Köçərli həmçinin, ordenin ona mayın 4-də təqdim ediləcəyini yazıb.