Niderlandın Baş naziri Türkiyədə səfərdədir

Niderlandın Baş naziri Mark Rutte Türkiyədə səfərdədir. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı Ankarada rəsmi mərasimdə
qarşılayıb.

Trend xəbər verir ki, martın 22-də liderlər arasında təkbətək
görüşdən sonra iki ölkəni təmsil edən rəsmi heyətlər bir araya
gələcəklər.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın
Baş naziri Mark Rutte mətbuat qarşısında birgə çıxış edəcəklər.

Teqlər: