Azərbaycanda daha 34 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
34 yeni yoluxma faktı qeydə alınıb,145 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 545 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlarda 781 202 nəfər müalicə olunaraq
sağalıb, 9 666 nəfər vəfat edib, aktiv xəstə sayı 677 nəfərdir.
Ölkədə son sutka ərzində 2 741, hazırkı dövrədək isə 6 671 287 test
aparılıb.

Teqlər: