Niderlandda uşaqlarda naməlum mənşəli hepatit aşkar edilib

Niderlandda dörd uşaq naməlum mənşəli kəskin hepatitə
yoluxub.

Trend-in
məlumatına görə, bu barədə Qroningen Universitetinin tibbi
mərkəzinin cərrahı Ruben de Kleyn bildirib.

Qeyd olunub ki, həmin uşaqlardan üçünə qaraciyər transplantasiya
edilib. Hazırda hepatitin yaranma səbəbləri və mənşəyi
araşdırılır.

Ötən gün Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi
naməlum mənşəli kəskin hepatitin Böyük Britaniya, Danimarka,
İrlandiya, İspaniya və ABŞ-da uşaqlarda aşkar edildiyini
açıqlamışdı.

Bu xəstəliyin koronavirus və ya koronavirusa qarşı vaksinasiya
ilə əlaqəli olmadığı müəyyən edilib.