Niderlandın şərqindəki Oldenzal şəhərində qaz partlaması
nəticəsində yaşayış evi çöküb.
Trend-in
məlumatına görə, dağıntılar altında bir neçə nəfərin qaldığı
bildirilib.
Qeyd olunur ki, iki nəfər dağıntılar arasından xilas edilərək
xəstəxanaya yerləşdirilib.
Daha bir neçə nəfərin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər cəlb
edilib.