AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub (FOTO)

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət
Vəliyev Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində
Türkiyənin Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti,
İstanbul Texniki Universiteti, İstanbul Universiteti, Gəbzə Texniki
Universiteti, Gəbzə Sənaye Mərkəzi ərazisində qurulmuş “Bilişim
Vadisi” və “Texnopark İstanbul”da mühüm görüşlər keçirilib.

Trend xəbər verir ki, görüşlər zamanı Türkiyə universitetləri
ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. İkili diplom
proqramları, birgə elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, AzTU
texnoparkı və inkubasiya mərkəzinin yaradılması haqqında
müzakirələr aparılıb, müvafiq sənədlər imzalanıb. Səfər
çərçivəsində universitetlər və texnoparklarda yeni texnologiyalar
mərkəzi və laboratoriyalara baxış keçirilib, texnoloji transfer
məsələləri və universitet-sənaye işbirliyinin inkişafı ilə bağlı
geniş müzakirələr aparılıb.

Teqlər: