Niderlandda koronavirus testləri sakinlərə paylanacaq

Niderlandda sakinlər koronavirus testini pulsuz əldə edə biləcəklər.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Niderlandın baş naziri vəzifəsini icra edən, səhiyyə, rifah və idman naziri Uqo de Yonge mətbuat konfransında bildirib.

Beləliklə, Niderland hakimiyyəti tətildən işə qayıdan və ya məktəblərdə dərslər başlamazdan əvvəl sakinlərin təhlükəsizliyini təmin etmək istəyir.

Bundan əlavə, səlahiyyətlilər Niderlanda qayıdan bütün turistlərə ölkənin bütün hava limanlarında bir ədəd pulsuz koronavirus testi verəcək. Testlər, həmçinin, təhsil müəssisələrinə və aztəminatlı ailələrə paylanacaq.

Teqlər: