Niderlandda fermada atışma olub, yaralılar var

Niderlandın Rotterdam şəhəri yaxınlığında silahlı şəxsin atəş
açması nəticəsində bir neçə nəfər yaralanıb.

Trend-in
məlumatına görə, hadisə şəhər yaxınlığındakı fermalardan birində
baş verib.

Yaralananların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə məlumat
verilməyib.

Qeyd olunur ki, atəş açan şəxs polis tərəfindən saxlanılıb.
Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.