Niderland Ukrayna üçün 9 ədəd haubitsa sifariş etdi

Niderland Ukrayna üçün 9 ədəd haubitsa sifariş etdi

Niderland Çexiyanın “Excalibur Army” silah şirkətindən Ukrayna üçün 9 ədəd “Dita” özüyeriyən haubitsa sifariş edib.

AzerTimes xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Müqavilələrin dəyəri göstərilmir.

Qeyd edək ki, “Dita” haubitsası təkərli şassi üzərində artilleriya qurğusudur. Silahın çapı 155 mm, atəş məsafəsi 39 km-dir.

Teqlər: