Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Niderlandın nüfuzlu AD (Algemeen Dağblad) qəzetində Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümünə həsr olunmuş fotomaterial dərc edilib.
Komitədən AzerTimes-a verilən məlumata görə, məlumatda 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğu, Niderlandda yaşayan azərbaycanlıların da 103 il öncə baş vermiş bu əlamətdar hadisəni qeyd etdikləri nəzərə çatdırılıb, Bakıdakı İsmailliyə binası, Şuşa qalası və Azərbaycan bayrağının fotoları yerləşdirilib.