Niderland Bakı limanının işçiləri üçün texniki hazırlıq təşkil edəcək – Səfir

Niderland Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işçiləri üçün
texniki hazırlıq təşkil edəcək.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.

“Tezliklə Bakı limanının nümayəndə heyəti limanların və
logistikanın idarə olunması üzrə bacarıqlar əldə etmək üçün
Niderlanda yola düşəcək”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Bakı limanı, həmçinin Rotterdam limanı ilə
əməkdaşlıq qurmaq niyyətindədir.

Səfir əlavə edib ki, Venlo şəhərinin “Cabooter Group” logistika
şirkəti Azərbaycanda öz işini bərpa edib və məhz Bakı limanı
vasitəsilə Çinə tədarüklər həyata keçirməyi planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: