Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
“Nant” böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq”, – Ozobiç qeyd edib.