Likud Partiyasının lideri Benyamin Netanyahu Prezident İshaq Herzoqun iqamətgahına gələrə ondan yeni hökumətin formalaşdırılması üçün mandat alıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“Bir neçə seçki kampaniyasının arxasında xalq öz sözünü dedi və mən söz verirəm ki, hamının – mənə səs verənlərin də, verməyənlərin də baş naziri olacağam”, – Netanyahu bildirib.
Məlumata görə, Netanyahu Likud, Şas, Yadut a-Tora və Çionut Datit partiyalarından ibarət koalisiya yaradacaq.