ABŞ-Çin qarşıdurması soyuq müharibəyə səbəb olacaq – BVF

ABŞ-Çin qarşıdurması soyuq müharibəyə səbəb olacaq – BVF

Vaşinqtonla Pekin arasındakı qarşıdurma dünyanı əks bloklara parçalayır və bu, yeni soyuq müharibəyə, eləcə də iqtisadiyyatın məhvinə səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

BVF rəhbəri qeyd edib ki, ABŞ və Çin arasında yeni ticarət maneələri yoxsul ailələrə, eləcə də orta təbəqəyə zərər verəcək dağıdıcı dövrə gətirəcək:

“Mən qlobal iqtisadiyyatın dərinləşən parçalanmasından narahatam və bu bizi daha kasıb və daha təhlükəli dünyada qoya bilər. Mən birinci soyuq müharibəni yaşadım. İkincisini başlamaq məsuliyyətsiz bir fikirdir”.

Teqlər: